Almaniya Ukraynanı təchiz etmək üçün lazım olan sayda tanka malikdir, lakin Qərb ölkələri arasında açıqlanmayan razılaşmaya görə hələlik onları bölüşmək niyyətində deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Andreas Klut “Bloomberg” üçün yazdığı məqaləsində məlumat verib.
Onun sözlərinə görə, indiyədək NATO-nun tərəfdaş ölkələrindən heç biri Ukraynaya Qərb istehsalı olan döyüş tankları göndərməyib. Berlin həm də NATO və Avropa İttifaqı müttəfiqlərinin razılığı olmadan bu addımı atmayacaq. Ona görə ki, Almaniya Ukraynada münaqişəni gərginləşdirməkdə ittiham olunan ilk Qərb ölkəsi olmaq istəmir. Belə ki, bu, indi Qərb ölkələrinin sözsüz qaydasıdır.
Bundan əlavə, Andreas Klut bildirib ki, Almaniyada bu cür hərəkətsizliyin digər səbəbi ölkənin müdafiə qabiliyyəti ilə bağlıdır. Köşə yazarının ehtimalına görə, hazırda Almaniyanın elə də çox sayda tank yoxdur və... ölkə öz döyüş hazırlığını güzəştə gedə bilməz.
Qeyd edək ki, bir müddət bundan əvvəl Almaniyanın “Die Welt” nəşrinin köşə yazarı Kristof Şilts, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin tezliklə Krımı qaytara biləcəyi ilə bağlı bəyanatını yalnız hərbçilər arasında döyüşkən əhval-ruhiyyəni artırmaq üçün nəzərdə tutulduğunu bildirib.
Alman köşə yazarı onu da qeyd edib ki, “dünya ictimaiyyəti Krımın Rusiyaya daxil olması ilə artıq barışıb”.
Materialın müəllifi onu da bildirib ki, Ukrayna Almaniya kansleri Olaf Şolzun dəstəyi ilə münaqişədə qalib gələ bilməz,.. çünki Almaniya kansleri Rusiya prezidentindən “qorxur”.
O da maraqlıdır ki, yazı müəllifi Almaniyanın “Leopard 2” tankları və “Marder” piyada döyüş maşınlarını indiyə qədər Ukraynaya verməməsini də bununla əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB