“... ABŞ hakimiyyəti Almaniya kansleri Olaf Şolzun Ukraynanı müəyyən növ silahlarla təmin etməkdən imtina etməsindən narazıdır və onun etibarlılığına şübhə ilə yanaşır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Die Welt” nəşri yayıb.
Nəşrin yazdığına görə, guya Vaşinqtonun səbri artıq sona çatmaqdadır. Çünki uzun müddət ABŞ-la addımlayan silah tədarükü povestinin arxasında gizlənən Şolzun qətiyyətsiz kursu artıq reallığa uyğun gəlmir. Bu fonda Ağ Ev Almaniya kanslerinin Ukraynaya fundamental loyallığını şübhə altına alır.
Qeyd edək ki, bunun da “Die Welt”in yazdığı iddia edilir.
Məqalədə həmçinin iddia edilir ki, Almaniya indiyədək Kiyevə silah tədarükü də daxil olmaqla, yalnız ABŞ-ın təzyiqi ilə dəstək verib. Eyni zamanda, Vaşinqton “artıq Şolzu hər addımda itələmək istəmir”, o, Almaniyanın Ukraynaya necə kömək edə biləcəyini özü müəyyənləşdirməlidir və Vaşinqtonun bu məsələdə hərəkətlərinə baxmamalıdır.
Bunu da alman nəşri yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB