Peskov ABŞ-ın Rusiyadan üstün olmaq cəhdlərindən narahat deyil

Peskov ABŞ-ın Rusiyadan üstün olmaq cəhdlərindən narahat deyil

...Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın həmişə Rusiyadan üstün olmaq cəhdlərinin daimi olduğunu bldirib. Onun sözlərinə görə, Vaşinqtonun bu cür niyyətləri daimi xarakter daşıyır və daimi xarakter də daşıyacaq və buna görə heç kimi aldatmaq da lazım deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.

ABŞ-ın Rusiyaya yeni səfirinin təyin olunmasından danışan Kreml sözçüsü, qəribə də olsa,.. ona ümid bəsləməyin çətin olacağını da gizlətməyib.

Qeyd edək ki, ABŞ Moskvadakı Amerika diplomatik missiyasının yeni rəhbəri vəzifəsinə Linn Treysinin namizədliyini təqdim edib və Vaşinqton onun təyinatının tezliklə baş tutacağına ümid edir.

Amma maraqlıdır ki, bu məlumatları şərh edən Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin ABŞ-ın Rusiya Federasiyasına yeni səfirinin təyin olunması ilə əlaqədar Moskva ilə Vaşinqton arasında münasibətlərin hər hansı şəkildə dəyişə biləcəyinə şübhə ilə yanaşıb. O da maraqlıdır ki, bu komitənin rəhbərinin birinci müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak da həmkarı ilə razılaşıb.

Onu da xatırladaq ki, ABŞ-ın Rusiya Federasiyasındakı diplomatik missiyasının əvvəlki rəhbəri Con Sallivan bu vəzifədə üç il işləyib, lakin bu yaxınlarda şəxsi şəraitə görə işləri vaxtından əvvəl başa çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə