Çin prezidenti Si Cinpin Nur-Sultanda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşündə Çinin Qazaxıstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqda güclü şəkildə dəstəkləyəcəyinə söz verib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Si Cinpin, həmçinin əmin edib ki, ÇXR Qazaxıstanda sabitliyin və inkişafın təmin edilməsi üçün aparılan islahatları dəstəkləyəcək, eləcə də istənilən qüvvələrin ölkənin daxili işlərinə qarışmasına qəti şəkildə qarşı çıxacaq.
Xatırladaq ki, bu ilin fevralın əvvəlində Kasım-Jomart Tokayev Si Cinpinin dəvəti ilə Pekinə səfər etmişdi. Pekində Olimpiadanın açılış mərasimində iştirak edən dövlət başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə etmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB