Antonovdan həyacan dolu çağırış...

Rusiya Xarici İşlər Nazirliyi ATACMS raketlərinin Ukraynaya çatdırılmasının mümkün nəticələri barədə xəbərdarlıq edib
Antonovdan həyacan dolu çağırış...

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov HIMARS MLRS üçün ATACMS taktiki raketlərinin Ukraynaya tədarükünə başlanmasını ABŞ-ın Rusiya ilə hərbi münaqişədə birbaşa iştirakına səbəb ola biləcəyinin xəbərdarlığını edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” bəyan edib.

Diplomat, Ukraynanın HIMARS sistemləri ilə artıq öz ərazisindən Rusiyanın iri şəhərlərini və müxtəlif infrastruktur obyektlərini vuracağını bildirib.

"Belə bir ssenari ABŞ-ın Rusiya ilə hərbi qarşıdurmada birbaşa iştirakı deməkdir", - Antonov vurğulayıb.

Diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri daim Donbass yaşayış məntəqələrini, dinc əhalini atəşə tutur. Əgər Ukrayna hərbçilərinin ixtiyarına uzaqmənzilli raketlər verilərsə, o zaman onlar tərəddüd etmədən ölkəmizə qarşı da istifadə edəcəklər.

Xatırladaq ki, Kiyevin neçə müddətdən bəri Vaşinqtondan MLRS HIMARS üçün sursat, o cümlədən ATACMS raketləri tələb etməsi, deyəsən reallaşmaq üzrədir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə