Ruslara qarşı fərdi sanksiyalar daha altı ay uzadılıb

Ruslara qarşı fərdi sanksiyalar daha altı ay uzadılıb

Avropa İttifaqı Şurası Avropa İttifaqının “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhlükə altında qoymaqda” günahkar hesab etdiyi şəxslərə qarşı fərdi sanksiyaların daha altı ay müddətinə, 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Şuranın kommünikesində deyilir.

Sənəddə deyilir: “Mövcud tədbirlərə fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması və fiziki və hüquqi şəxslərin (sanksiya edilmiş) siyahısına vəsaitlərin və ya digər iqtisadi resursların verilməsinə qadağa daxildir”.

Sənəddə, bundan sonra sanksiyalar 1206 fiziki və 108 hüquqi şəxsə şamil olunmağa davam edəcəyi də müəyyən edilir.

Avropa İttifaqı Şurası xatırladır ki, 2022-ci il fevralın 24-dən sonra Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına reaksiya olaraq, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha kəskin şəkildə genişləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə