Müharibədən sonra Ukrayna NATO-ya qəbul olunacaq

Müharibədən sonra Ukrayna NATO-ya qəbul olunacaq

Rusiya Federasiyası üzərində qələbədən sonra Ukraynanın NATO-ya daxil olması prosesi cəmi bir neçə ay çəkəcək.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri hərbi ekspert Aleksandr Kovalenko TSN-ə şərhində bildirib.

“...Heç bir şey NATO-ya alternativ ola bilməz. Bu yalnız keçid mərhələsi ola bilər, başqa heç nə. Bu, beynəlxalq tərəfdaşlarımızdan indi qəbul etdiyimiz səviyyədə təhlükəsizliyə zəmanət verir. Bu, o demək deyil ki, bu halda NATO ölkələrinin hərbi resursu istifadə olunacaq”, - ekspert izah edib.

Kovalenko əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə müharibə başa çatdıqdan və Ukrayna öz ərazilərini tamamilə geri qaytardıqdan sonra Şimali Atlantika Alyansına qəbul məsələsi bir neçə ay ərzində həll olunacaq.

Kovalenkoya görə, guya bu gün NATO Ukrayna ilə daha çox maraqlanır, nəinki Ukrayna NATO ilə. Ona görə də gələcəkdə Ukrayna NATO-da olacaq.

Yeri gəlmişkən, avqustun 4-də Ukraynanın ikinci prezidenti Leonid Kuçma Ukraynanın Avropa İttifaqına daxil olmasının perspektivlərinin Rusiya Federasiyası ilə müharibənin necə başa çatmasından asılı olacağını bildirib. Onun fikrincə, dondurulmuş münaqişəsi olan Ukraynanın Avropa İttifaqına daxil olmaq şansı azdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə