Nigeriyada bu il qızılca epidemiyası səbəbindən azı 190 uşaq ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Ifedayo Adetifa keçirdiyi həftəlik mətbuat konfransında qızılca epidemiyasının paytaxt Abuca ilə yanaşı 36 ştatda yayıldığını da bildirib.
Bu əyalətlərin 40 bölgəsində epidemiyanın aktiv olduğuna diqqət çəkən Adetifa yanvar ayından bu yana az 190 uşağın epidemiyadan öldüyünü qeyd edib.
Ölkə üzrə indiyədək 18 577 qızılcaya yoluxma faktının qeydə alındığını xatırladan Adetifa deyib: "Biz qızılca xəstəliyinə qarşı hökumətin müdaxilələrini dəstəkləməyə davam edirik."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB