ABŞ rəsmiləri eramızın 69-cu ildən ABŞ-a qaçaqmalçılıq yolu ilə gətirilən İsrail dövlətinə məxsus bir milyon dollar dəyərində gümüş sikkələri İsrailə qaytarıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dörddəbir şekel (İsrail pul vahidi) adlanan sikkənin eramızın 69-cu ildə “Böyük Yəhudi üsyanı” zamanı Roma İmperatorluğuna qarşı döyüşən yəhudi üsyançıları tərəfindən zərb edildiyi bildirilib.
İllər sonra Ella vadisində aparılan arxeoloji qazıntılar zamanı talan edildiyi vurğulanıb. Gümüş sikkənin mövcud olan dörd sikkədən biri olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB