...Gərək ki, yadınızda olar, bu yaxınlarda üzündə qançır və sıyrıqlarla canlı televiziyaya çıxaraq rusları “şoka salan” teleaparıcı Vladimir Solovyovun, deyəsən, zədələri bir balaca düzəlib. Əslində buna “tam sağaldı” demək də olmaz, amma, nə isə...sözümüz onda deyil.
Deməli, ötən gün həmən o tam sağalmamış sifətiylə özünün “Vladimir Solovyovla tam əlaqə” verilişinin efirinə çıxan Volodiya rusların məşhur “Oy, moroz, moroz” mahnısını pəsdən olmasa da, hər halda oxumağa çalışıb.
Təbii ki, Solovyova baxanlar onun bu oxumasını müxtəlif yerlərə yozublar.
Kimi bunu onun qançırlarını sağalmasıyla, kimi də ki, Solovyovun Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovdan hansısa xoş xəbər eşitməsiylə əlaqələndirib.
...Sizi bilmirəm, amma mən belə düşünürəm ki, Solovyov bu çastuşkanı oxumaqla Qərbə gözdağı vermək istəyib, yəni demək istəyib ki, qabaqda morozlu qış gəlir...sizinsə qazınız yoxdur.
Qısası, Solovyov demək istəyib ki,..ey Qərb əhli, axırınız çatıb, gələn yaza çətin çıxasınız...çünki evinizdə rus qazı yoxdur.
...Yenə deyəsən, gözüm “sataşdı”. Solovyovun üzündəki qançır və sıyrıqlara deyirəm ey! Demişdim danışmayacam, amma xətərin, guya Alla Puqaçova tərəfindən yetirildiyini eşidəndən sonra özümü saxlaya bilmədim. Çünki Alla xanım elə qabiliyyət sahibi deyil ki, Solovyov kimi birisinə...yenə də nəyimizə gərək.
...Hə, sən demə, məsələ bu günlrdə məlum olub. Belə ki qalmaqallı köşə yazarı kimi tanınan Otar Kuşanaşvili Solovyovun sifətindəki qançırmalarda əli olduğunu etiraf edib...necə deyərlər, “halal olsun!”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB