Alman kanslerdən Putinə çağırış...

Olaf Şolz Vladimir Putini Ukrayna ilə münaqişənin diplomatik həllini tapmağa çağırıb və hücuma qarşı xəbərdarlıq edib
Alman kanslerdən Putinə çağırış...

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolz arasında bu ilin may ayından bəri ilk dəfə olaraq saat yarımlıq telefon danışığı olub.

Almaniya hökumətinin məlumatına görə, Olaf Şolz Vladimir Putini Ukrayna ilə münaqişənin diplomatik həllini tapmağa, atəşi mümkün qədər tez dayandırmağa və qoşunları Ukrayna ərazilərindən çıxarmağa çağırıb. Almaniya hökuməti başçısının sözlərinə görə, Rusiyanın Ukrayna ərazilərinə hücumla bağlı növbəti addımları cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əlavə, Şolz Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini bəyan edib, MAQATE-nin tövsiyələrinə əməl etməyi və gərginliyin qarşısını almağı xahiş edib. O, həmçinin taxıl müqaviləsinin vacibliyini vurğulayıb və bu müqavilənin şərtlərinin yerinə yetirilməsinə çağırıb.

Olaf Şolz, həmçinin Vladimir Putindən məhbuslarla beynəlxalq humanitar hüquqa, xüsusən də Cenevrə Konvensiyalarına uyğun davranmağı xahiş edib və həmçinin Qırmızı Xaç nümayəndələrini məhbuslarla maneəsiz çıxış etməyə çağırıb.

...Kremlin mətbuat xidməti hələlik bu söhbətin təkrarını dərc etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə