Litva Seymi-parlamenti Rusiya vətəndaşlarının ölkəyə girişinin qapalı olması ilə əlaqədar fövqəladə vəziyyətin dekabrın 15-dək uzadılması barədə qərar qəbul edib.
Belə ki, ölkə parlamenti fövqəladə vəziyyət haqqında qanunu rəhbər tutaraq, Litva hökuməti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən şəxslər istisna olmaqla, Rusiya Federasiyası vətəndaşlarının Avropa İttifaqının xarici sərhədindən keçidini məhdudlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, sentyabrın 19-da qüvvəyə minəcək qadağa qərarı, bu dəfə, bütün ölkə ərazisində deyil, yalnız sərhəd zonasında tətbiq olunacaq.
...Parlament həmçinin Rusiya telekanallarının yayımına qoyulan qadağanın 2024-cü ilin oktyabrına qədər uzadılmasını təklif edib.
Xatırladaq ki, fövqəladə vəziyyət Seymin qərarı ilə qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyətin gərginləşməsi ilə əlaqədar tətbiq edilib və 2021-ci il noyabrın 10-dan qüvvəyə minib.
Sonradan Ukraynada baş verən hadisələr onun qorunub saxlanmasının lehinə arqumentə çevrildi ki, bu da Litva hakimiyyətinin fikrincə, milli təhlükəsizliyə potensial təhlükədir.
Qeyd edək ki, bunu əsas gətirən 5 deputat fövqəladə vəziyyətin uzadılmasının əleyhinə səs veriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB