Gürcüstan Rusiya ilə ikinci cəbhə açmağa hazırdır

Gürcüstan Rusiya ilə ikinci cəbhə açmağa hazırdır

Gürcüstan Rusiya ilə ikinci cəbhənin açılması ilə bağlı əhali arasında sorğu keçirməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə brifinqdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.

“Biz sorğu, plebissit keçirə və insanlardan Gürcüstanda ikinci cəbhənin açılmasını istədiklərini soruşa bilərik. Biz xalqın dediklərinə əməl edə bilərik”, -deyə Kobaxidze bildirib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti Gürcüstanda ikinci cəbhə açmaq və onu Ukraynadakı münaqişəyə sürükləmək istəklərini gizlədə bilməzlər.

Bunu isə “Sputnik Gürcüstan” xəbər verib.

Xatırladaq ki, bundan əvvəl RT kanalı Gürcüstanda sərhədçilərin rusları ölkəyə buraxmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə