Yaponlar da rusları mühakimə edəcək?

Yaponiya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün Baş Prokurorluğun iki əməkdaşını Haaqaya göndərib
Yaponlar da rusları mühakimə edəcək?

...Bu arada Yaponiya hökuməti baş prokurorluğunun iki üzvünü Ukraynadakı hərbi cinayətlərin təhqiqatında iştirak etmək üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə göndərib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri Yasuhiro Hanaşi məlumat verib.

Yaponiyalı əməkdaşların hərbi cinayətlərlə bağlı işlərə qoşulacaqlarını bildirən Hanasi, lakin onların Haaqada qalma müddəti və fəaliyyətlərinin mahiyyəti barədə heç nə deməyib.

Qeyd edək ki, hələ iyun ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi bu qış Ukraynada baş vermiş hərbi cinayətlərə dair ilk ittiham aktını təqdim etmək niyyətində oluğunu bildirmişdi.

Onu da qeyd edək ki, Rusiya Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmadığını deyən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Federasiyasının bu qurumla əməkdaşlıq etməyə borclu olmadığını bildirərək, sadəcə olaraq, onun hərəkətlərinə nəzarət edəcəyini deyib.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı edilən ittihamlarıqətiyətlə rədd edib.

Yeri gəlmişkən onu da xatırladaq ki, ötən həftə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri xüsusi əməliyyat başlayandan bəri Kiyevə ikinci səfəri zamanı Ukraynaya hərbi cinayətlərin araşdırılmasında köməklik edəcəyinə söz vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə