Xarkova gələn rus müəllimləri mühakimə olunacaqlar

Xarkova gələn rus müəllimləri mühakimə olunacaqlar

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarından geri aldıqları Xarkov vilayətinin rayonlarında Rusiyadan gələn məktəb müəllimlərinin saxlanıldığını bildirib.

SİA-nın “Moskovskiy komsomolets” nəşrinə istinadən verdiyi xəbərə görə, guya rusların işğal etdikləri ərazilərə Rusiya Federasiyasından gələn müəllimlər Xarkov məktəblərində rus kurikulumu ilə dərs deyirmişlər.

Beləliklə, Vereşçuk bildirib ki, saxlanılan müəllimlər Ukrayna Cinayət Məcəlləsinin “müharibə qanunlarını və adətlərini pozma” maddəsi -438-ci maddə ilə mühakimə olunacaqlar.

Doğrudur, onlar hələlik məhbus sayılmasalar da, amma Vereşçuka görə, onların mübadiləsi, yəni loru dildə desək kimlərləsə dəyişdirilməsi... müzakirə mövzusu olmayacaq.

Baş nazirin müavini onu da əlavə edib ki, rus məktəbi kurikulumuna uyğun işləməyə razı olan ukraynalı müəllimlər də ruslarla əməkdaşlığa görə qanun qarşısında cavab verməli olacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə