Amsterdamda uçuşlar bir-bir ləğv edilir - SƏBƏBLƏRİ AÇIQLANDI

Amsterdamda uçuşlar bir-bir ləğv edilir - SƏBƏBLƏRİ AÇIQLANDI

Amsterdam "Schiphol" hava limanında kadr böhranı yaşanır. SİA xəbər verir ki, uzun növbələrdə gözləyən və uçuşları qaçıran sərnişinlərin sıxlığı səbəbindən Amsterdam "Schiphol" Hava Limanı yerli vaxtla 16.00-23.00 arasında 3-cü bölgədən yola düşən şirkətlərdən uçuşları ləğv etmələrini istəyib.

"Türk" Hava Yolları, "Corendon" Hava Yolları və "Surinam" Hava Yollarının da 3-cü bölgədən havaya qalxan aviaşirkətlər arasında olduğu öyrənilib.

"Transavia" Hava Yolları tərəfindən verilən açıqlamada "Paris Orli" Hava Limanı və Portoya iki reysin dayandırıldığı, 400 sərnişinin uçuşunun isə ləğv edildiyi bildirilib. Amsterdam "Schiphol" Hava Limanı tələbə uyğun olaraq uçuşları ləğv edən aviaşirkətlərə təzminat ödəyəcəyini açıqlayıb. Amsterdam "Schiphol" Hava Limanı daha əvvəl bir çox aviaşirkətdən aprel ayından bəri yaşanan intensivliyə görə uçuşları ləğv etməyi xahiş etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə