"Xəyanət": Krımın rəhbəri insanları ukraynayönlü şüarlara və "millətçi" mahnılara görə cəzalandırmağa çağırıb
Aramızda xain var..?

...Bu arada “aramızda xain” var şüarını əsas tutan Krımın rəhbəri Sergey Aksyonov vətəndaşların Ukraynayönümlü mövqeyinə görə məsuliyyətə cəlb olunmasını zəruri hesab edib.

“...İnformasiya məkanında Krımdakı ictimai tədbirlərdən videolar peyda olur, burada iştirakçılar Ukraynayönlü şüarlar səsləndirir və millətçi mahnılar oxuyurlar. Hesab edirəm ki, bu cür əyləncələrin həm təşkilatçıları, həm də iştirakçıları məsuliyyətə cəlb edilməli, tutduqları vəzifələrdən azad edilməli, bütün bunlarla bağlı qanun çərçivəsində başqa tədbirlər görməlidirlər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Aksenov bunu “Telegram”da bildirib.

Dedikləinə əlavə olaraq Krım rəhbəri daha sonra deyib:

“...Belə davranış ölkəmizə və bu gün canları bahasına dünyanı (?) müdafiə edənlərin hamısına xəyanətdir. Ukrayna nasist rejimini dəstəkləyənlərin isə çox sevdikləri ölkəyə getməsi rasional və məntiqli olardı”.

...Maraqlıdır ki, Moldaviyada doğulan Aksenov əvvəllər şəxsi sənədlərdə “Ukraynanın dövlət və siyasi xadimi” kimi göstərilirdi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə