...Bu arada Rusiya Federasiyasının federal büdcəsinin gəlirləri bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə təxminən 11 faiz azalıb.
Beləliklə, büdcə gəlirləri iyulda 26 faiz azaldıqdan sonra ardıcıl ikinci aydır ki, əvvəlki illərlə müqayisədə azalır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RBC öz hesablamalarına və Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, avqustda federal büdcədən neft və qaz gəlirləri 671,9 milyard rubl təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3,4 faiz azdır. Qeyd edilir ki,onların azalması ilk növbədə mədən hasilatından əlavə gəlirlər üzrə vergi daxilolmaları ilə bağlıdır.
Onu da xatırladaq ki, ötən gün iqtisadi məsələlərə həsr olunmuş iclasda Rusiya prezidenti Vladimir Putin Rusiyanın qeyd-şərtsiz prioritetlərinin inkişafa, vətəndaşların maraqlarına uyğun milli layihələrin həyata keçirilməsinə yönəldilməli olduğunu vurğulayıb.
Eyni zamanda, dövlət başçısı regionlarda iri texnoloji layihələrin həyata keçirilməsi və infrastrukturun inkişafı üçün iqtisadiyyatın struktur yenidən qurulması üçün hər cür şəraitin yaradılmasını tələb edib.
...Və Putinin sözlərinə görə, əsas iqtisadi göstəricilərin dinamikası Rusiya iqtisadiyyatının tədricən sabitləşdiyini və artım trayektoriyasına daxil olduğunu göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB