Kəskin respirator xəstəliklər 20 % artıb - ERMƏNİSTANDA

Kəskin respirator xəstəliklər 20 % artıb - ERMƏNİSTANDA

Ermənistanda kəskin respirator xəstəliklər ötən həftə ilə müqayisədə 20 % artıb. SİA xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin epidemioloqu Nerses Qriqoryan deyib.

Onun sözlərinə görə, xəstəliyə daha çox yoluxma halları 4 yaşa qədər (əvvəlki həftə ilə müqayisədə 1,4 dəfə artım) və 5 yaşdan 14 yaşa qədər (1,5 dəfə çox) uşaqlarda aşkar edilib. Yetkin əhali arasında kəskin respirator xəstəliklər daha az yayılıb: xəstəliyə yoluxma hallarının sayı 1,1 dəfə artıb.

Qriqoryan qeyd edib ki, bu gün Ermənistanda paraqrip və rinovirus xüsusilə geniş yayılıb. Onun əlamətləri - qızdırma, yuxarı tənəffüs yollarının iltihabı, əzələ ağrısı, zəiflikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə