Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin dövlət dəfn mərasimində iştirak edəcək. SİA xəbər verir ki, bu barədə bazar günü Almaniya dövlət başçısının nümayəndəsi DPA-ya bildirib.
Onun sözlərinə görə, Ştaynmayer sentyabrın 19-da Böyük Britaniyanın paytaxtında Vestminster Abbeyində keçiriləcək dəfn mərasiminə qatılacaq.
Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB