Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi halda, Amerika Birləşmiş Ştatları kənarda qala bilməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Hodces “çarəsiz Putinin” Ukrayna ərazisinə taktiki nüvə zərbəsi endirəcəyi ehtimalını şərh edərək, belə bir riskin mövcud olduğunu istisna etməyib. Lakin o, bunu mümkünsüz hesab edib: “...Döyüş meydanında heç bir real üstünlük yoxdur, ABŞ-ın dayanması, reaksiya verməməsi qeyri-mümkün olardı və mən Putinin və ya onun ən yaxın müşavirlərinin intihara meylli olduğunu düşünmürəm”.
Bunu amerikalı hərbçi yazıb.
Maraqlıdır ki, Hodces ABŞ-ın cavab verməsinin nə üçün vacib olacağını da açıqlayıb: “...Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadəsinə cavab verəcək, çünki Çin, Şimali Koreya və İran bunu izləyir. Biz cavab verməsək, onlar həvəslənə bilərlər. Amma cavab mütləq nüvə xarakterli olmayacaq”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB