Avropa İttifaqının Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq qərarı, çox güman ki, İsveçrə üçün də məcburi olacaq.
“Watson” nəşrinin yazdığına görə Bern bu məhdudiyyətləri dəstəkləməli olacaq. SİA bu barədə rus saytlarına istinad edir.
...Miqrasiya üzrə Dövlət Katibliyi nəşrə izah edib ki, İsveçrə Şengen zonasının assosiativ üzvü kimi Şengen ölkələrində viza siyasətinin uyğunlaşdırılmasına diqqət yetirir.
Nəşr, əvvəllər İsveçrənin viza məsələsində Avropa İttifaqını dəstəklədiyini xatırladıb. Belə ki, fevral ayında Avropa İttifaqından sonra o, Rusiyadan məmurların və iş adamlarının ölkəyə girişini məhdudlaşdırıb.
Yeri gəlmişkən xatırladaq ki, bu ilin əvvəlindən bəri Bern ruslara təxminən 7 mindən çox Şengen vizası verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB