Avstraliya və Yeni Zelandiya Kral III Çarlza sədaqət andı içirlər
Avstraliya və Yeni Zelandiya İngiltərədə taxta çıxan kral III Çarlza sadiq olduqlarını bəyan ediblər. SİA xəbər verir ki, Avstraliya və Yeni Zelandiyada keçirilən rəsmi mərasimlərdə III Çarlz hər iki ölkənin kralı elan edilib.
Avstraliyanın qubernatoru general David Hurley paytaxt Kanberrada keçirilən mərasimdə III Çarlzın hakimiyyətini qəbul etdiklərini açıqlayıb. Baş nazir Entoni Albanese 22 sentyabrın II Yelizavetanın xatirəsinə matəm və dövlət bayramı elan ediləcəyini açıqlayıb.
Yeni Zelandiyanın kralı III Çarlzın taxta çıxması münasibətilə paytaxt Vellinqtondakı parlamentdə rəsmi mərasim keçirilib. Mərasimdən əvvəl parlament binasının girişində çıxış edən baş nazir Casinda Ardern Çarlzı yeni kral kimi qəbul etdiklərini açıqlayıb. Yeni Zelandiyanın II Elizabetin vəfatı ilə yeni bir dövrə qədəm qoyduğuna diqqət çəkən Ardern, "Kral III Çarlz hər zaman xalqımıza yaxından diqqət göstərib. Bu əlaqələr xalqımız tərəfindən də yüksək qiymətləndirilib. Bunun daha da dərinləşəcəyinə şübhəm yoxdur” ifadələrdən istifadə edib. İngiltərə kraliçası II Yelizaveta 16 ölkənin, o cümlədən Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya və Karib və Sakit okean hövzəsindəki bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB