Belçika səmasında türk ulduzlarından möhtəşəm şou - FOTOLAR

Belçika səmasında türk ulduzlarından möhtəşəm şou - FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika komandası olan “Türk Ulduzları” Belçika səmasında əyani ziyafət təşkil edib. SİA xəbər verir ki, türk ulduzları Belçikanın Hollandiya sərhədinə yaxın Hechtel qəsəbəsində təşkil edilən Beynəlxalq Sanicole Hava Şousuna qatılıb və 10 ildən sonra ilk dəfə Belçikada çıxış edib.

Cəmi 6 ədəd F-5 tipli təyyarədən ibarət türk ulduzlarının şousu təxminən 30 dəqiqə davam edib. Türk ulduzları ən uzun müddət havada qalan komanda olub. Şou zamanı ingilis, fransız və türk dillərində təqdimatlar edilib. Türk ulduzlarının akrobatik uçuşu minlərlə tamaşaçı tərəfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.

Türk ulduzları donanması komandiri və komanda rəhbəri polkovnik-leytenant Mehmet Kamal Koyunluoğlu şounun çox yaxşı keçdiyini ifadə edərək, "10 ildən sonra ölkəmizi və millətimizi Belçikada təmsil etməkdən xoşbəxt və qürurluyuz" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə