...Rusiyanın Hindistana neftin dərin endirimlə tədarükü təklif etdiyini məum olub...amma bir şərtlə ki, Nyu Dehli G7 dövlətlərinin Rusiyanın qara qızılı üçün qiymət tavanı təyin etmək təşəbbüsünü dəstəkləməkdən imtina etsin.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Hindistanın “Business Standard” qəzetinə yazdığı məqalədə köşə yazarı Subhayan Çakraborti “faş” edib.
Çakrabortinin sözlərinə görə, Moskva hətta İraqın yayda Hindistana təklif etdiyi endirimdən də aşağı təklif edib. O, bildirib ki, bunun üçün Rusiya tərəfi Nyu-Dehlidən G7 təklifini, sadəcə olaraq, dəstəkləməməyi xahiş edir. Çakraborti Hindistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən, ölkə hakimiyyətinin hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul etmədiyini bildirib.
Şübhəsiz ki, bu, bütün tərəfdaşlarla danışıqlardan sonra daha sonra açıqlanacaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo Hindistan hökumətinin enerji qiymətlərinin süni tənzimlənməsini tələb edən dövlətlərin beynəlxalq koalisiyasına qoşula biləcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB