“Bizdə hər şey qaydasındadır...”

“Bizdə hər şey qaydasındadır...”

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı təlim keçməmiş döyüşçüləri cəbhə xəttinə göndərir, nəticədə onlar da böyük itki verirlər.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin məlumat verib.

“...Düşmən hazırlıqsız şəxsi heyəti cəbhə xəttinə atır. Ağır itkilərə məruz qalır, bundan sonra yenilərini, eyni təlimsizləri gətirirlər”-deyən Puşilin onlarda, yəni Donetsk Xalq Respublikasında hər şeyin normal olduğunu bildirib.

Onun sözlərinə görə, doğrudur, təmas xəttində vəziyyət bir balaca gərgin olsa da, amma “Donetsk Xalq Respublikası”nın xalq milis qüvvələri onu nəzarətdə saxlayırlar.

Puşilinin dediyinə görə, “...cəbhə xəttində vəziyyət gərgin olsa da, lakin nəzarət altındadır”, yəni bizdə hər şey qaydasındadır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə