Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Xarkov şəhərinin mərkəzinə reaktiv yaylım atəşi sistemi ilə endirdiyi hücumlarda 1 nəfər ölüb, 2 nəfər yaralanıb. SİA xəbər verir ki, axşam saatlarında Xarkov şəhərinin mərkəzində 5 ayrı-ayrı partlayış səsi eşidilib.
Rusiya qüvvələrinin şəhərə atdığı raketlər 5 evə düşüb. Hücumlar nəticəsində 2 evdə yanğın baş verib, 3 evə ziyan dəyib. Yanğınlar səbəbilə ətrafı güclü tüstü bürüyərkən bölgəyə çoxlu təcili yardım və polis qrupları sövq edilib. Yanğınsöndürənlərin köməkliyi ilə yanğınlar söndürülüb. Digər tərəfdən, Xarkov meri İhor Terekhov sosial media hesabından verdiyi açıqlamada hücumlarda 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 3 evə ziyan dəydiyini bildirib. Rusiya sərhədindən təxminən 45 kilometr aralıda və Ukraynanın paytaxt Kiyevdən sonra ikinci ən böyük şəhəri olan Xarkov tez-tez Rusiya qüvvələrinin raket hücumlarına məruz qalır. Hücumlara görə Xarkov əhalisinin yarısının şəhəri tərk etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB