Belarus ilk idman elektromobilini təqdim etdi

Belarus ilk idman elektromobilini təqdim etdi

Belarus alimləri ölkədə hazırlanmış ilk idman elektromobilini təqdim ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “BelTA” xəbər verir.

Elektromobilin çəkisi bir tondan artıqdır və demək olar ki, bütün elektronika öz istehsalımızdır.

Milli Akademiyanın Birgə Maşınqayırma İnstitutunun elmi və mühəndislik mərkəzinin rəhbəri Aleksandr Beleviçin dediyinə görə, indiyə qədər elektromobil altı saniyəyə maksimum sürətinə çatır, lakin bizim hədəfimiz bu vaxtı dörd saniyəyə endirməkdir.

Saatda 120 kilometrə qədər sürət yığa bilən avtomobilin təxmini yürüşü 200 kilometrdir.

Qeyd edək ki, hələ ötən ilin payızında Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda elektromobillərin payının artırılmasına təcili ehtiyac olduğunu bildirmişdi.

O, Belarusun öz neft ehtiyatlarının olmaması səbəbindən elektriklə işləyən avtomobillərin pay və ödənişlərinin sayını artırmağın vacibliyini bildirmişdi.

Qeyd edək ki, ekoloji cəhətdən təmiz nəqliyyata keçidi stimullaşdırmaq üçün Belarus elektriklə işləyən avtomobillərin idxalı rüsumunu ləğv edib və ƏDV dərəcəsini sıfırlayıb. Həmçinin, 2025-ci ilə qədər elektriklə işləyən nəqliyyat vasitələrinin sahibləri kommunal mülkiyyətdə olan yerlərdə parkinq üçün ödənişdən azad ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə