Qızdırmadan son 6 həftə ərzində 30 nəfər ölüb

Qızdırmadan son 6 həftə ərzində 30 nəfər ölüb

Pakistanın Kəraçi şəhərində son 6 həftədə 30 nəfər danq qızdırması səbəbindən həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “The News” qəzetinin 7 dövlət və özəl tibb müəssisəsinin məlumatlarına əsaslandığı xəbərinə görə, son həftələrdə Karaçidə danq qızdırması halları artıb. Son 6 həftədə şəhərdə ən azı 30 nəfər danq qızdırması səbəbindən həyatını itirib. Bir çox insan xəstəxanalarda müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə