Yaxınlarda Moskvaya uçuşlar... olmayacaq!

Yaxınlarda Moskvaya uçuşlar... olmayacaq!

Moldova Mülki Aviasiya İdarəsi “Air Moldova” və digər milli aviaşirkətlərə Moskvaya uçuşları bərpa etməyi qadağan edib.

SİA xəbər verir ki, “Reuters”in məlumatına görə, bunu Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu deyib.

Spinunun sözlərinə görə, bu, təhlükəsizliyin təmin edilməsi məqsədilə edilib. Qadağa 10 sentyabr şənbə günü qüvvəyə minir.

Qeyd edək ki, bir gün əvvəl “Air Moldova”nın Kişinyovdan Rusiya paytaxtına aviabiletlərin satışa buraxıldığı bildirilmişdi. Uçuşların oktyabrın 1-dən bərpa olunacağı güman edilirdi, şirkət isə Ukrayna üzərində “qapalı səma” şəraitində uçuşların necə həyata keçiriləcəyini açıqlamayıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl sentyabrın 1-dən etibarən “Aeroflot” aviaşirkəti Türkiyə və Soçiyə güzəştli marşrutla uçuşlar həyata keçirməyə başlayacağını xəbər verilmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə