Cəbhədən son xəbərləri Kadırov verir?

Cəbhədən son xəbərləri Kadırov verir?

Möhkəmləndirilmiş ərazi yenidən ələ keçirilib və Soledar istiqamətində texnika vurulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Teleqram kanalında bildirib.

Qeyd edək ki, Kadırovun Soledar dediyi Ukraynanın Donetsk vilayətinin Baxmutski rayonunda balaca bir şəhərdir.

Beləliklə, Çeçenistan Respublikasının başçısı Rusiya qəhrəmanı, Axmat xüsusi təyinatlılarının komandiri Apta Alaudinovdan şad xəbərlər gəlməkdə davam etdiyini bildirib.

Alaudinovun Kadırova etdiyi məruzədə ukraynalıların daha bir möhkəmləndirilmiş ərazilərini itirdikləri bildirilir.

Kadırov Alaudinovun komandanlığı altında axmadovçuların şəkildə hücuma keçib düşmənlə sıx toqquşmaya girdiklərini bildirib.

“...Həmişə qeyd etmişəm ki, nasistlərin yaxın təmasda olan oğlanlarımıza qarşı çıxmaqda ruhu yoxdur. Onlara bu verilməyib. Onların cəbhəsində silahdaşları olan Axmat xüsusi təyinatlıları yalnız onlarla döyüşmək istədiklərini edir. Amma indi düşməndən bizim istiqamətimizə heç bir təşəbbüs və fəallıq yoxdur.Onlar əvvəlki kimi, proqnozlaşdırılan şəkildə hərəkət edirlər”.

Qeyd edək ki, bunları da Çeçenistan rəhbəri Teleqram kanalında bildirib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə