Xarkovlulara xəbərdarlıq: bölgəni tərk edin!

Xarkovlulara xəbərdarlıq: bölgəni tərk edin!

Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev bütün sakinlərə bölgəni tərk etməyi tövsiyə edib.

“Mən Xarkov vilayətinin bütün sakinlərinə həyat və sağlamlıqlarını qorumaq üçün ərazini tərk etməyi tövsiyə edirəm, indi onların evlərində olmaq təhlükəlidir”.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, bunu Qançev videomüraciətində bildirib.

Qeyd edilir ki, şənbə günü səhər saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Xarkov vilayətinin Rusiya Federasiyası ilə sərhədi yaxınlığında Ukraynadan olan qaçqınların olduğu avtomobillərin böyük növbələrinin olduğunu etiraf edib.

Deyilənlərə görə, Ukraynadan olan qaçqınların olduğu mülki avtomobillərin böyük növbələrinin yığıldığı Loqaçevka kəndindəki keçid məntəqəsində çətin vəziyyət yaranıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə