Xorvatiyanın Bosniya və Herseqovina ilə sərhədinə yaxın Noovska qəsəbəsində sərnişin qatarı ilə yük qatarı toqquşub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerinə gələn Xorvatiyanın baş naziri Andrej Plenkoviç qəzada 3 nəfərin həyatını itirdiyini və yaralıların sayının daha da arta biləcəyini bildirib.
Səlahiyyətli şəxslər qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB