Meksika sahillərində əmələ gələn "Kay" qasırğası artıq quru sərhədlərə çatıb. SİA xəbər verir ki, güclü yağış və saatda 150 kilometrə çatan küləklə müşahidə olunan qasırğa səbəbindən okean sahillərində hündürlüyü 6 metrə çatan dalğalar meydana gəlib.
Səlahiyyətli şəxslər indiyədək qasırğadan zərər çəkmiş 2595 vətəndaşın evlərindən təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib. Qasırğa nəticəsində yaşanan əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün bütün təhsil müəssisələri bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB