"...30-dan çox yaşayış məntəqəsi nəzarətə götürülüb?"

"...30-dan çox yaşayış məntəqəsi nəzarətə götürülüb?"

Prezident Vladimir Zelenski, Ukrayna müdafiəçilərinin Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Zelenski bunu müharibənin 198-ci gününün sonundakı çıxışı zamanı deyib.

“...Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir neçə bölgədə aktiv əməliyyatları davam etdirir. Onlar uğurla davam edir... Hazırda Silahlı Qüvvələr Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edərək nəzarətə götürüb. Rayonun bəzi kəndlərində ərazinin yoxlanılması və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülür, biz tədricən yeni yaşayış məntəqələrini nəzarətə götürürük - hər yerdə Ukrayna bayrağını geri qaytarırıq və bütün xalqımızı qoruyuruq.

Amma başqa sahələri də unutmayaq. Hazırda Donbassda və ölkəmizin cənubunda şiddətli döyüşlər davam edir.

Mən azad edilmiş ərazidən ukraynalılardan xahiş edirəm: işğalçıların Ukrayna torpaqlarında törətdiyi cinayətlər barədə bildiyiniz hər hansı məlumatı qoşunlarımızın nümayəndələrinə bildirin”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə