Rusiyaya qarşı sanksiyalar “daha ​​da pisləşəcək”

Rusiyaya qarşı sanksiyalar “daha ​​da pisləşəcək”

Dövlət Departamentində ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen Ağ Evin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üzərində işləməyə davam edəcəyini bildirib.

Onun sözlərinə görə, növbəti sanksiyalar “daha ​​da pisləşəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

“...Mənim ruslara mesajım, əvvəlki kimi, budur: sabah vəziyyət daha da pisləşəcək. Kremlin xəttini təbliğ etmək yolunu tutmaq qərarına gələnlər bu cür addımların nəticələri ilə üzləşmə ehtimalını artırırlar”, -deyə Ceyms O'Brayen bildirib.

O, həmçinin əlavə edib ki, yeni sanksiyalar artıq hazırlanmaqdadır və ABŞ gələcəkdə yeni məhdudiyyətlərin formalaşdırılması üzərində işləməyə davam edəcək.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının yeni variantlarından danışmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə