Ruslara verilən vizalar məhdudlaşdırılacaq?

Ruslara verilən vizalar məhdudlaşdırılacaq?

Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə Rusiyadan Şengen vizaları alan bütün şəxslərin “təhlükəsizliyinə təhlükə” olub-olmadığını diqqətlə yoxlamağı tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Avropa Komissiyasınin bəyanatına istinadən xəbər verir.

Avropa Komissiyası həmçinin Avropa İttifaqına ruslara uzunmüddətli Şengen vizaları verməməyi, habelə Rusiya vətəndaşlarına vizaların verilməsi müddətini hərtərəfli yoxlamalar üçün maksimum 45 günə qədər artırmağı tövsiyə edib.

“Biz bu imtiyazı ruslara vermək istəmirik”. Qeyd edək ki, Avropa İttifaqı ruslara verilmiş vizaları ləğv etməyi təklif edib.

Avropa Komissiyası hesab edir ki, həmçinin ruslara Şengen vizalarının verilməsini konsulluq xidmətlərinin “son prioriteti” etmək lazımdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Almaniya kansleri Olaf Şolz brifinq zamanı Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmağı təsəvvür edə bilmədiyini bəyan etmişdi.

O vurğulamışdı ki, Ukraynada baş verənlərə görə məsuliyyət adi vətəndaşların deyil, Rusiya hakimiyyətinin üzərinə düşür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə