Kirayə puluna qənaət etmək üçün qeyri-adi üsul

Kirayə puluna qənaət etmək üçün qeyri-adi üsul

Belçikada kirayə haqqına qənaət etmək üçün qeyri-adi üsul tapıblar. Belə ki, Avropa ölkələrindən birinin-Temse şəhərinin hakimiyyəti damında günəş panelləri olan evlərdə mənzil kirayə verən vətəndaşlar üçün hesab ödənişlərində endirim edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Euronews” xəbər verir.

Burada söhbət bələdiyyə tərəfindən dövlət subsidiyalarından istifadə etməklə tikilən və ölkə sakinlərinə icarəyə verilən mənzillərdən gedir. Məsələ bundadır ki, bu ev təsərrüfatlarının əksəriyyəti öz günəş panelləri ilə təchiz olunub.

Günəş parlayanda sosial kirayəçilər elektrik enerjisi ilə tam təmin olunur və hətta artıq enerjini milli elektrik şəbəkəsinə də göndərirlər. Qeyd edək ki, bunun üçün onlara kommunal xidmətlər üçün endirimlər də edilir. Bundan əlavə, bu yolla ölkə ətraf mühitə olan zərərli təsirləri azaltmış olur.

... Yaxın vaxtlarda səlahiyyətlilər, Avropa İnvestisiya Bankının köməyi ilə Flandriya bölgəsində 50 000-ə qədər evi günəş panelləri ilə təmin etməyi planlaşdırırlar.

Onu da qeyd edək ki, bütün Belçika miqyasında bu məqsədlər üçün 150 milyon avrodan (doqquz milyard rubldan çox) çox vəsait ayrılması nəzərdə tutulur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə