Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Polşa hakimiyyətinin ABŞ-dan 96 “Apaçi” hücum helikopterlərini almaq niyyətində olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Polşa televiziyasına istinadən xəbər verir.
“...Biz Vaşinqtona 96 “Apaçi” hücum helikopteri üçün təqdim etdiyimiz sorğunu müzakirə etdik”-deyən Blaşçak respublikanın hakimiyyət orqanlarının bu helikopterləri Polşa ordusu üçün almaq niyyətində olduğunu bildirib.
“Mən həmçinin xahiş etdim ki, helikopterlərin istehsalı dövründə ABŞ ordusunun ehtiyatlarından olan helikopterlər icarəyə götürülsün. Biz artıq danışıqlara başlayırıq. Ümid edirəm ki, danışıqlar tez və uğurla başa çatacaq”, - deyə Blaşak bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB