İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) ölkəsinin nüvə fəaliyyətlərinə dair dövri hesabatını “əsassız siyasi məqsədlərin təkrarı” kimi qiymətləndirib.
SİA İranın İRNA xəbər agentliyinin məlumatına istinadən xəbər verir ki, B.Kəmalvəndi UAEA-nın İranın nüvə fəaliyyətləri ilə bağlı hesabatına dair deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun hesabatının məzmunu əvvəlki əsassız siyasi məqsədlərin təkrarıdır və sözlərlə oynamaqdan başqa yeni bir şey deyil.
Nüvə sazişinin tərəfi olan Qərb ölkələri öhdəliklərini yerinə yetirmədi.
İran xalqına qarşı amansız iqtisadi sanksiyalar davam edərkən, rəsmi Tehran administrasiyasından əlavə monitorinq tələblərini qəbul etməsini gözləməməlidirlər.
Tərəflər İranın əvvəlki monitorinq sistemlərini işə salmasını istəyirlərsə, ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidirlər".
Xatırladaq ki, UAEA dərc etdiyi son hesabatda İranın zənginləşdirilmiş uranın miqdarının nüvə silahı istehsalı üçün kafi olan həddi keçdiyi və nüvə müqaviləsindəki məbləğdən 19 dəfə çox olan 60 faizə çatdığını yazıb. Rəsmi Tehran administrasiyası isə adları çəkilməyən obyektlərdə uranın olması ilə bağlı düzgün məlumatlar verilmədiyi və agentliyin İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı şübhələrinin davam etdiyi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB