“Sony Music” Rusiya Federasiyasını tərk edir

“Sony Music” Rusiya Federasiyasını tərk edir

"Sony Music Group” musiqi şirkəti Rusiya bazarını tərk edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” “Billboard” jurnalına istinadən xəbər verir.

Qeyd olunur ki, Rusiya bazarını tamamilə tərk edən “Sony Music” Rusiya Federasiyasındakı biznesini yerli idarəçiliyə ötürmək qərarına gəlib. Nəşrin yazdığına görə, buna səbəb Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi olub.

“Biz artıq Rusiyada mövcudluğumuzu davam etdirə bilmərik”, – şirkətdən bildirilib.

Qeyd edək ki, bölmə artıq yeni hüquqi şəxsin nəzarətinə keçəcək. Belə ki, onun yeni rəhbəri “Sony Music Russia” nın keçmiş icraçı direktoru Arina Dmitriyeva olacaq.

Bundan əlavə, “Sony Music Group”dan asılı olmayacaq yeni şirkət, yalnız rus musiqiçilərini tanıtmaqla məşqul olacaq.

Onu da qeyd edək ki, şirkətin təhvil şərtlərinə beynəlxalq sənətçilərin treklərinə olan hüquqlar da daxil deyil.

Məhz bununla əlaqədar olaraq, “Sony Music Group” xarici ifaçıların repertuarını silmək tələbi ilə Rusiyanın striminq xidmətlərinə müraciət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə