İngiltərə kraliçası həkim nəzarətinə keçdi

Bukingem sarayından verilən məlumata görə...
İngiltərə kraliçası həkim nəzarətinə keçdi

İngiltərə kraliçası II Yelizavetanın (Elizabeth) səhhəti ilə bağlı narahatlıqlara görə həkim nəzarətində saxlanıldığı bildirilib.

SİA xəbər verir ki, Bukingem sarayından verilən məlumata görə, "Bu səhər təfərrüatlı qiymətləndirmədən sonra kraliçanın həkimləri əlahəzrətin səhhətindən narahat olub və onun tibbi nəzarət altında qalmasını tövsiyə ediblər. Hal-hazırda kraliça Balmoralda qalır və yaxşıdır."

Böyük Britaniyanın baş naziri Liz Trass “Twitter” hesabından yazıb: "Bu gün günortadan sonra Bukingem Sarayından gələn xəbər bütün ölkəni dərindən narahat etdi. Mənim və İngiltərə xalqının fikirləri hazırda kraliça və onun ailəsinin yanındadır."

Xatırladaq ki, 96 yaşlı kraliça Yelizaveta 2021-ci ilin payızından bəri hərəkətlilik problemi yaşayır və müntəzəm olaraq çəlikdən istifadə edir.

Qeyd edək ki, Kraliça II Yelizaveta səhhətində yaranan problemlərə görə parlamentin açılışı və taxta çıxmasının 70 illiyində (Platinum Yubiley) iştirak edə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə