Azərbaycan əsgərinə yasaq edilən videogörüntülər...

Azərbaycan əsgərinə yasaq edilən videogörüntülər...

““artsax” Azərbaycanın bir hissəsi ola bilməz”...daha nə bilim

“artsax” yoxdursa, bizə belə bir dünya da lazım deyil?”

Deyəsən, bu David Babayandı kimdi, elə bunları deyə-deyə gəbərəcək.

...Bizdə hər zaman danışdığımız aydın ifadə olunmuş qırmızı xətt var. Bu, ümummilli qırmızı xəttdir, həm “hakimiyyət”, həm “artsax” xalqı, həm də bütün ermənilər üçün belədir. Və bu qırmızı xəttin mahiyyəti ondan ibarətdir ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq, bundan söhbət gedə bilməz.

Bunu da deyən Babayan, hələ bir “xox” gəlməyə də özündə cürət tapmağa çalışır. Sabah kimsə, “artsaxı” Azərbaycanın tərkibinə daxil etməyə çalışsa, bu, yeni müharibəyə gətirib çıxaracaq, deyir. Ayə, qoyma, üstümüzə İrasim gəlir

...Və bu vaxt erməni “kişi”ləri qadın və uşqaları erməni yaşayış yerlərindən çıxarıb, döyüşə atılacaqlar...və bundan sonra, guya onlar "ölümlərinə döyüşəcəklər".

...Deyim ki, burada artıq Babayan, özünə “a gədə kiri” dedirtdirməkdən başqa yol qoymur.

Əvvəla, Babayan, deyim ki, "kişi"lərinizdə olan qeyrəti o vaxt, 44 günlük müharibə vaxtı elə özləri, deyim ki, lap çılpaqlığıyla ortaya qoydular. Yadında olar, elə döyüşlərin ilk günündən başlayaraq əllərindəki silahları hara gəldi tolazlayıb erməni qadınlardan qabağa düşüb qaçdılar. İndi sənin “ölümlərinə vuruşacaq” dediyin həmin o erməni “kişi”lərinin etdikləri fərariliklər o vaxt nəinki erməni türmələrinə, heç yerə-göyə belə sığmırdı. Ermənilər, adətən belə şeylərdə bir az “unutqan” olurlar, amma mən sizin yadınıza salıram. Belə ki, həmən ərəfədə sizin “məğlubedilməz” dediyiniz erməni gədələrinin hər on nəfərindən...elə onu da, fərari çıxdı.

İndi sənin yalan danışmağınla deyil axı. Bütün bunlar faktdır. Sən isə indi erməni kişilərinin qadını-uşağı çıxardıqdan sonra...guya ölümlərinə vuruşacaqlarından dəm vurursan.

...Babayan, üstündən elə də çox vaxt keçməyib deyə, bu da yadında olar. Belə ki, həmən vaxt fərari erməni “kişi”lərinə nümunə olsun deyə, Nikolun zövcəsi Anna Akopyan erməni arvadlarından ibarət bir “zənən batalyonu” yaratmışdı. Belə ki, Anna başda olmaqla beş-altı erməni qadını taxtadan avtomat silahı düzəltdirib yalandan da olsa, parta-partla “məşq” edirdilər.

...Gərək ki, sonradan bu “batalyon” da bir işə yaramadı deyə, Anna öz “döyüşçülərini” “sərəncam”a göndərdi. Amma deyim ki, bu çox düzgün qərar idi. Cünki, Annanın batalyonundakı qadınların “uçeniya” vaxtı göstərdikləri pozalar gənc Azərbaycan əsgərlərinə...çox “pis” təsir edirdi. Hətta deyim ki, elə “pis” təsir edirdi ki,..bəzi komandirlər ermənilərin internetdə yerləşdirdiyi bu videolara baxmağı öz əsgərlərinə “yasaq” etmişdi.

...Hə indi,..Babayandı də, buraxın başın...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə