ABŞ Ukraynaya HIMARS üçün sursat verməyə davam edəcək

ABŞ Ukraynaya HIMARS üçün sursat verməyə davam edəcək

...Birləşmiş Ştatlar Ukraynanı HIMARS reaktiv buraxılış sistemləri üçün dəqiq idarə olunan döyüş sursatları ilə təmin etməyə davam edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Pentaqonun rəis müavini Kolin Koul bildirib.

Ukraynalıların bu sistemlərə, həqiqətən də, ehtiyacı olduqlarını deyən Koul, Kiyevə göndəriləcək silahlar arasında daha çox GMLRS, idarə olunan raketləri olacağını deyib.

Deyim ki, rəis müavininin dediklərini “RİA Novosti” də yayımlayıb.

Qeyd edək ki, Koul, cümə axşamı günü Pentaqonun rəhbəri Lloyd Ostinin Ukraynaya yeni hərbi yardım elan edə biləcəyini də istisna etməyib.

Çünki həmən gün Ostin Almaniyadakı Ramşteyn aviabazasında onlarla ölkədən olan həmkarları ilə Ukraynada hərbi əməliyyatların gedişini, onun silah və sursata olan ehtiyaclarını müzakirə edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Pentaqon Ukraynaya silah tədarükü çərçivəsində ABŞ-ın avtomobil platformasına quraşdırdığı “Harpun” gəmi əleyhinə raketlər (“Harpoon”) göndərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə