Albaniya İranla diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib

Albaniya İranla diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib

Albaniya hökuməti İranla diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Albaniyanın Baş naziri Edi Rama bildirib.

“Nazirlər Kabineti İran İslam Respublikası ilə diplomatik münasibətləri kəsməyin lehinə qərar qəbul edib. Qərar yubanmadan qüvvəyə minir”, - Baş nazirin hökumət saytında dərc olunmuş bəyanatında belə deyilir.

Qeyd olunub ki, diplomatik nümayəndəliyin bütün diplomat və əməkdaşlarının ölkə ərazisini 24 saat ərzində tərk etməli olduqları barədə İran səfirliyinə rəsmi bildiriş göndərilib.

Albaniya hakimiyyəti öz qərarına səbəb kimi hökumətin bilgisayar sisteminə kiberhücumları göstərib. Tirana bunun təqsirini Tehranın üzərinə qoyub.

Ayrıca bildirilib ki, bütün sistemlər tam işlək vəziyyətdədir və məlumatların geri dönməz silinməsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə