“Nə Rusiya, nə də Ukrayna qalib gələ bilməyəcəklər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərbin Ukraynaya göndərdiyi silahlar “metal qırıntıları”ndan başqa bir şey deyillər
“Nə Rusiya, nə də Ukrayna qalib gələ bilməyəcəklər”

...Rusiya elə də dəyər verilməyəsi bir ölkə deyil və onun “üzərinə yeriyənlər” enerji böhranı isə üzləşəcəklərini əvvəlcədən düşünülməli idilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, serbiyalı həmkarı Aleksandr Vuçiçlə Belqradda keçirdiyi mətbuat konfransında bildirib.

“... Qərb ölkələrinin Rusiyanı kiçik hesab etməsini böyük səhv hesab idi. Bu gün Rusiya qaz tədarükünü azaldıb, Avropada qiymətlər qalxıb, indi hamı çaşqınlıq içindədir” -deyən Ərdoğan, Qərbinn niyə əvvəllər bu haqda düşünmədiklırini sual kimi qoyur: “Təbii ki, hamı ona (Rusiyaya) hücum edəndə Moskvanın əlində olan bütün vasitələrdən istifadə etməkdən başqa çarəsi qalmır”.

Bunları bildirən Türkiyə prezidenti Qərbin Ukraynaya göndərdiyi silahların “metal qırıntıları”ndan başqa bir şey olmadığını da diqqətə çatdırıb.

Təbii ki, heç bir ölkə özünün yaxşı məhsulunumu, materialınımı deyək, başqa bir ölkəyə müftə vermir. Ona görə də, bəzi istisnalarla burada Türkiyə prezidenti ilə razılaşmamaq olmur. Doğrudan da, Qərb öz köhnə silah-sursatını Ukraynaya göndərməkdə hələ də davam edir.

“...Məhz bu məsələdən danışsaq, nə Rusiya, nə də Ukrayna qalib gələ bilməyəcək”.

Qeyd edim ki, sonuncu fikri Rusiyanın “Kommersant” nəşri Türkiyə liderinin sözlərindən sitat kimi gətirir.

O da maraqlıdır ki, bütün bu baş verənlərin fonunda Ərdoğan sülhün tezliklə (?) bağlanacağına ümid etdiyini, lakin bunun yaxın gələcəkdə baş verəcəyini düşünmədiyini bildirib.

Təbii ki, Türkiyə lideri bu məsələdə Qərb dövlətlərinin öz yeritdikləri siyasətləri ilə bu istiqamətdəki gərginləşdiyi daha da artırdıqlarına da eyham vurur.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan qışda onu gözləyən problemlərə görə Avropanın özünün günahkar olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə