...Qarşıdan gələn qış Ukraynada vəziyyəti daha da çətinləşdirəcək, hazırda isə ölkədə və hərbi əməliyyatlar kritik mərhələyə qədəm qoymaqdadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “The FInancial Times” üçün məqaləsində yazıb.
“...Ukraynadakı müharibə artıq kritik mərhələyə qədəm qoyur. Qarşıdansa qış gəlir və təbii ki, çətin olacaq. Ukrayna xalqı və öz azadlığı uğrunda mübarizə aparan silahlı qüvvələr üçün ağır olacaq; onları dəstəkləyən elə bizim üçün çətindir”. Bunları Şimali Atlantika Alyansının baş katibi yazıb.
Stoltenberqin sözlərinə görə, Qərb ölkələrinin birlik və həmrəyliyi ciddi sınaqdan keçiriləcək, çünki sakinlər və bizneslər tezliklə enerji qiymətlərində və yaşayış minimumunda kəskin artımla üzləşəcəklər.
Xatırladaq ki, bir müddət bundan əvvəl KİV-lər Ukraynanın müdafiə naziri Aleksey Reznikovun təcili müraciəti əsasında Şimali Atlantika Alyansının bloka üzv dövlətləri Ukrayna Silahlı Qüvvələri üçün qış texnikası verməyə çağırdığını yazmışdılar
Belə ki, “Spiegel”in yazdığına görə, Reznikov iyulun sonunda Stoltenberqə göndərədiyi məktubda, onu təcili olaraq Ukrayna əsgəri üçün 200 min qış geyimləri və qış çadırlarını çatdırmağa çağırıb.
Alyans rəhbəri Ukraynaya qış yardımı paketi hazırlamaq üçün NATO-ya üzv olan ölkələrlə əlaqə yaradıldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB