Aclıq xəbərdarlığının edildiyi Somalidə qidalanma mərkəzlərində 700-dən çox uşağın həyatını itirdiyi açıqlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNİCEF-in Somali üzrə nümayəndəsi Vafaa Səid 2022-ci ilin yanvar-iyul ayları arasında qidalanma mərkəzlərində təxminən 730 uşağın həyatını itirdiyini bildirərək deyib: “Rəqəmlər arta bilər. Çünki aclıq və qida problemlərinin ortaya çıxmağa başladığından epidemiya xəstəlikləri də sürətlə artır.
Somali 2011 və 2017-ci illərdə iki böyük quraqlıqla üzləşdi. Yardım səyləri sürətləndirilməlidir”.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə yardım koordinatoru Martin Griffiths də bu ilin sonuna qədər Somalinin bəzi bölgələrində aclıq gözlənildiyini söyləyib.
Birləşmiş Millətlər Təşkilatı Ərzaq və Kənd Təsərrüfatı Bölümünün (FAO) məlumatına görə, Somalinin 80 faizi şiddətli quraqlıqla mübarizə aparır. Artan quraqlıq səbəbindən Somali hökuməti 23 noyabr 2021-ci ildə ölkə daxilində Fövqəladə Vəziyyət elan edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB