“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları beynəlxalq səviyyədə qəbul olunmuş standartlara cavab verir. Ümumiyyətlə, ən müasir səviyyədə təchiz olunmuş laboratoriyaların qurulması sahəsində Azərbaycanın çox böyük təcrübəsi var və bu təcrübəni öyrənmək istiqamətində əməkdaşlığımızı daha da genişləndirməliyik". SİA xəbər verir ki, bunu “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda keçirilən regional tədbir çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna baxış keçirərkən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının sədr müavini Sultan-Mahmud Sultanov deyib.
S. Sultanov qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı istiqamətində kompleks müayinələrin həyata keçirilməsini uğurlu nümunə adlandırıb: “Bu labaratoriyalar barədə təəssüratlarım çox yüksəkdir. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda həm də peşəkar işçi heyəti çalışır. Müayinələr beynəlxalq metodlar əsasında bütün standartlara uyğun həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB