Rusiyada işsizliklə bağlı vəziyyət nə yerdədir?

...Rusiyada işsizlik tarixi minimum həddədir, yəni 4 faizdən də azdır. Qeyd edim ki, bunu Prezident Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.

SİA bunu TASS-a istinadən bildirir.

Qeyd edək ki, Putin ölkədə işsizliyin aşağı səviyyədə olduğunu hələ iyun ayında xatırladarkən “...bugünkü şəraitdə bunu, çox ciddi nailiyyət” kimi xarakterizə etmişdi. (bəli, məhz o günkü...)

Bu gün ümumilikdə iqtisadi vəziyyətin sabitləşdiyini deyən Putin... “lakin təbii ki, biz bir sıra sənaye və regionlarda, ölkənin ayrı-ayrı müəssisələrində, xüsusən də Avropadan tədarüklə bağlı olan və ya məhsullarını orada tədarük edən müəssisələrdə də problemlərin olduğunu görürük”-deyə ölkənin qarşılaşdıqları problemləri də etiraf edib.

Buna baxmayaraq, Rusiyanın hazırda Avropanın iqtisadi, maliyyə və texnoloji təcavüzünün öhdəsindən gələ bildiyini deyən dövlət başçısı... bütün bunlara “Qərbin aqressiyadan” başqa ad tapmadığını bildirib.

Əslinə qalsa, Putinin ölkədəki işsizliklə bağlı səsləndirdiyi müsbət tendesiyalar, təbii ki, ötəri xarakter daşıyır. Çünki, bu gün Rusiyanı tərk edən xarici şirkətlərin qoyub getdiyi yerli işsizlər ordusu hələ ki, Putinin 4 faizdən də az işsizli siyahısında qeyd edilməyiblər.

Gərək ki, bu ilin mayında keçirilən Avrasiya İqtisadi Forumunun plenar iclasında prezident Putin Rusiyadan gedən şirkətlərə görə, “Allahdan şükür” “diləyirdi”.

Və əminliklə, yerli rusların gedənlərin yerini tutacaqlarını və bununla heç nəyin dəyişməyəcəyinə əminlik ifadə etmək istəyirdi.

Amma Putinin dediklərinə özünün nə qədər inandığını deyə bilməsək də, buna baxmayaraq, həmən xarici şirkətlərdə işdən şıxarlan rusların hələ də nəyə isə, təbii ki, əksəriyyətinin işlədikləri firmaların yaxınlarda yenidən geri dönəcəkləri ümidi tərk etməyib. Məhz buna görə də, həmən o işsizlər hələ ki, yuxarıda da dediyimiz kimi, Putinin “4 faizdən də az” isiz siyahısına salınmayıblar.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, ABŞ və Avropa İttifaqının təzyiq, şantaj və sanksiyalarına baxmayaraq, Rusiyada iş quran 1 382 xarici şirkətdən 77,6 faizinin guya Rusiyadan getmədiyini bildirmişdi.

Əslində, bu elə də inandırıcı görünmür. Bəli, Rusiya bazarını tərk etmək istəməyən xarici şirkətlər ola bilər. Çünki onlar da bunun təkcə əlavə xərc deyil, həm də qayıtmaq perspektivinin olmaması ilə nəticələnə biləcəklərini başa düşürlər. Buna baxmayaraq, onları öz nüfuzlarını qorumaq üçün bu addımı atmağa məhkumdurlar.

Yeri gəlmişkən, ABŞ-ın Yel Universitetinin professoru Cefferi Zonnenfeldin hesablamasına görə, bu ilin fevral ayından bəri ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Yaponiya və başqa dövlətlərin mindən çox şirkəti fəaliyyətini dayandıraraq Rusiyanı tərk ediblər.

...Ona görə də, bütün bu yaşananların işsizliklə bağlı fəsadları, təbii ki, yaxınlarda özünü büruzə verməcəyi istisna edilmir.

...Və sonda, Rusiyadan alınan xəbərlərə görə, xarici şirkətlərin bazarı tərk etməsi səbəbindən artıq ölkədə rəqəmsal mühit də çökür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə